Bakı. Trend:
Ermənistan “Zvartnots” hava limanını mühafizə edə bilər.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Mirzoyan qeyd edib ki, ölkəsi müstəqil şəkildə paytaxtın “Zvartnots” hava limanında sərhəd mühafizəsini həyata keçirə bilər.
"Əvvəllər rus sərhədçilərinin bir sıra məntəqələrdə, o cümlədən “Zvartnots” hava limanında iştirakı yeni müstəqillik qazanmış Ermənistan dövlətçiliyinə dəstək kimi düşünülürdü. Ermənistanın öz institusional imkanları olduqda, Ermənistan bu funksiyanı öz orqanları vasitəsilə tam şəkildə həyata keçirəcək. İndi isə biz hesab edirik ki, Ermənistan institusional olaraq “Zvartnots” hava limanında sərhəd mühafizə xidmətini təkbaşına həyata keçirə bilir və bu barədə Rusiya tərəfini xəbərdar etmişik. Güman edirəm ki, bu, onlara kifayət edəcək və məsələ həllini tapacaq.
Əlbəttə, biz Rusiya tərəfinə minnətdarıq. Amma bizim artıq "Zvartnots" hava limanında sərhəd mühafizə xidmətində Rusiya tərəfinin dəstəyinə ehtiyacımız yoxdur", - XİN rəhbəri vurğulayıb.
