...

Qərbi Balkan ölkələri tezliklə Aİ-yə üzv qəbul edilməlidir - Almaniya Kansleri

Dünya xəbərləri Materials 27 Mart 2024 03:16 (UTC +04:00)
Qərbi Balkan ölkələri tezliklə Aİ-yə üzv qəbul edilməlidir - Almaniya Kansleri

Bakı. Trend:

Qərbi Balkan ölkələri lazımi kriteriyalara cavab vermək şərti ilə tezliklə Avropa İttifaqına (Aİ) üzv qəbul edilməlidir.

Trend-in məlumatına görə, bu fikri Almaniya Kansleri Olaf Şolts Sloveniyada bu ölkənin Baş naziri Robert Qolob ilə danışıqlardan sonra deyib.

Şolts qeyd edib ki, üzvlük yalnız bütün meyarların yerinə yetirilməsindən asılıdır.

Almaniya hökumətinin başçısı təsdiqləyib ki, Aİ islahatlar yolu ilə genişlənməyə hazırlaşmalıdır. Xüsusilə, o, hazırda üzv dövlətlər arasında yekdilliyin tələb olunduğu maliyyə və xarici siyasətdə daha səmərəli qərarların qəbulu proseslərinə toxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti