...

Tramp məhkəmə xərclərini ödəmək üçün təyyarəsini satıb

Dünya xəbərləri Materials 29 May 2024 12:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin sabiq Prezidenti Donald Tramp məhkəmələrin yüksək xərclərinə görə təyyarələrindən birini satıb.

Trend “The Guardian”a istinadən xəbər verir ki, Tramp “Cessna Citation X” təyyarəsindən 2016-cı il seçki kampaniyası zamanı tez-tez istifadə edib.

Təyyarənin dəyərinin 10 milyon dollar olduğu bildirilir.

Təyyarə İran əsilli tikinti maqnatı və Trampın əsas maliyyə donoru Merdad Moayedi tərəfindən alınıb.

Xəbər lenti

Xəbər lenti