...

İsrail ordusu Qəzzanın cənubuna iki həftə ərzində nəzarəti altına götürə bilər

Dünya xəbərləri Materials 18 İyun 2024 04:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu komandanlığı hesab edir ki, Qəzza zolağının cənub hissəsi iki həftə ərzində tam nəzarət altına keçə bilər.

Trend-in məlumatına görə, bu barədə "The Jerusalem Post" nəşri xəbər verib.

Qeyd olunub ki, hazırda İsrail hərbçiləri, xüsusən də anklavın cənubundakı Rəfah şəhərində çoxlu sayda minaları zərərsizləşdirir.

Məlumata əsasən, ümumilikdə, İsrail ordusu (ÇAXAL) indiyədək Rəfah bölgəsində ən azı 550 "HƏMAS" silahlısını məhv etməyə nail olub.

İsrail ordusu bildirib ki, ""HƏMAS"ın Rəfahdakı dörd batalyonundan ikisi demək olar ki, tamamilə dağılmış hesab olunur, digər ikisinin imkanları zəifləyib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti