...

Boliviyada dövlət çevrilişi cəhdinə rəhbərlik edən general həbs edilib

Dünya xəbərləri Materials 27 İyun 2024 04:06 (UTC +04:00)

Bakı. Trend:

Boliviyada hərbi çevrilişə cəhd edən Boliviya ordusunun keçmiş baş komandanı, general Xuan Xose Sunyiqa həbs edilib.

Trend-in məlumatına görə, bu barədə "Associated Press (AP)" agentliyi xəbər verib.

Bundan əvvəl Boliviya prokurorluğu Sunyiqanın həbsinə dair order verib.

"O, konstitusiya quruluşunu sarsıtmağa çalışıb, belə davranışa dözmək olmaz, buna imkan vermək fikrində deyilik. Bu, ağır cinayətdir və biz onu yaxalayacağıq", - deyə Daxili işlər nazirinin müavini Conni Aqilera bildirib.

O, həmçinin Sunyiqaya kömək edən şəxslərin də saxlanılacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti