...

Gürcüstanın Aİ-yə üzvlük prosesi de-fakto dayandırılıb

Dünya xəbərləri Materials 28 İyun 2024 18:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı ölkələrinin liderləri Gürcüstanın Aİ-yə daxil olması prosesinin ölkədə qəbul edilən “xarici agentlər” qanunu ilə əlaqədar faktiki olaraq dayandırıldığını bəyan ediblər.

Trend-in məlumatına görə, Brüsseldə keçirilən sammitin yekunlarına dair bəyanatda deyilir ki, Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının təkliflərindən yayınılmadır.

Sənəddə Gürcüstan hakimiyyəti ölkənin Aİ-yə gedən yolunu təhlükə altına alan və faktiki olaraq üzvlük prosesinin dayandırılmasına səbəb olan hazırkı kursu dəyişməyə çağırılır.

Gürcüstan 2023-cü ilin dekabrında Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusunu alıb. Bu həftənin əvvəlində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəhbəri Josep Borrell bildirib ki, Aİ statusu ləğv etməyi nəzərdən keçirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti