...

Konqonun şərqində üsyançılar iki yaşayış məntəqəsini ələ keçirdilər

Dünya xəbərləri Materials 28 İyun 2024 21:29 (UTC +04:00)

Bakı. Trend:

“23 Mart Hərəkatı” (M23) üsyançı qrupunun dəstələri döyüşlərdən sonra Konqo Demokratik Respublikasının Kanyabayonqa şəhəri yaxınlığındakı iki yaşayış məntəqəsini ələ keçirə bilib.

Trend-in məlumatına görə, bu barədə "Okapi" radiostansiyası xəbər verib.

Məlumata əsasən, döyüşlər zamanı ən azı beş nəfər həlak olub. İki kənd - Miriki və Kimaki iyunun 27-də hökumət qüvvələri ilə şiddətli döyüşlərdən sonra üsyançılar tərəfindən ələ keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti