...

Çin FƏTH və HƏMAS nümayəndələrini qəbul edəcək

Dünya xəbərləri Materials 16 İyul 2024 04:55 (UTC +04:00)

Bakı. Trend:

Çin hakimiyyəti gələn həftə Pekində radikal Fələstinin HƏMAS və FƏTH hərəkatının yüksək səviyyəli nümayəndələrini qəbul edəcək.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.

Məlumata əsasən, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə gələn həftə hərəkatın nümayəndə heyəti ilə birlikdə Çinin paytaxtına gələcək. Öz növbəsində, FƏTH nümayəndə heyətinə hərəkatın üç yüksək rütbəli nümayəndəsi, o cümlədən FƏTH sədrinin müavini daxil olacaq.

FƏTH və HƏMAS nümayəndələri bir sıra görüşlərdə hərəkatlar arasında münasibətləri normallaşdırmağa çalışacaqlar.

Qeyd olunub ki, Çinin xarici işlər naziri Van Yi iyulun 21 və 23-də Fələstin hərəkatlarının nümayəndələri ilə görüşlər keçirəcək.

Отмечается, что министр иностранных дел КНР Ван И проведет встречи с представителями палестинских движений 21 и 23 июля. Между этими датами стороны, как ожидается, проведут встречи без представителей Китая.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti