...

Korrupsiyada ittiham olunan ermənipərəst senator Menendes istefa verdi

Dünya xəbərləri Materials 24 İyul 2024 09:57 (UTC +04:00)
Korrupsiyada ittiham olunan ermənipərəst senator Menendes istefa verdi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rüşvətxorluqda təqsirli bilinən ermənipərəst ABŞ senatoru Bob Menendes istefa verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Demokratlar Partiyası məlumat yayıb.

Məlumata görə, Menendes avqustun 20-də istefaya gedə bilər.

Xatırladaq ki, bu yaxınlarda Nyu-York Andlılar Məhkəməsi Menendesi ona qarşı irəli sürülmüş rüşvətxorluqla bağlı bütün 16 ittihamla təqsirli bilib.

Qeyd olunub ki, Menendesə qarşı hökm oktyabrın 29-da oxunacaq. Ermənipərəst senatoru həbs cəzası gözləyir.

Ermənipərəst ABŞ senatoru Bob Menendesə və həyat yoldaşı Nadin Arslanyana qarşı irəli sürülmüş ittihamlar arasında ədalətə mane olmaq məqsədilə əlbirlik, dövlət rəsmisinin xarici agent qismində fəaliyyəti, rüşvətxorluq, zorakılıq yolu ilə pul əldə etmə və elektron rabitə vasitələrindən istifadə etməklə fırıldaqçılıq yer alıb.

Hakimiyyət orqanları iddia edir ki, Menendes cütlüyünün iş adamlarına kömək və qanunvericinin xarici məsələlərdə təsirini vəd edərək, onlardan nağd pul, qızıl külçələr və bahalı avtomobillər şəklində rüşvət qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti