...

Efiopiyanın cənubunda torpaq sürüşməsi: ölənlərin sayı 229-a çatıb

Dünya xəbərləri Materials 24 İyul 2024 13:22 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Efiopiya Qızıl Xaç Cəmiyyəti, qonşu rayon və zonaların mütəxəssisləri hadisə yerində zərərçəkənlərə kömək edirlər.

Qeyd edək ki, torpaq sürüşməsi bazar ertəsi yerli vaxtla səhər saat 10 radələrində Efiopiyanın cənubundakı Geze Qofa rayonunda baş verib.

Ölənlər arasında uşaqlar da var. Xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayının artacağı ehtimal olunur.

Xatırladaq ki, Efiopiyada hər il iyul ayında başlayan və sentyabrın ortalarına qədər davam edən yağışlı mövsüm torpaq sürüşmələrinə səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti