...

Almaniya kansleri Avropa İttifaqının problemləri ilə fəal çalışmalıdır - KİV

Dünya xəbərləri Materials 30 İyul 2024 11:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqının (Aİ) problemlərinin həlli üçün daha fəal səy göstərməlidir.

Trend xəbər verir ki, “The Economist” jurnalı belə çağırışla alman siyasətçisinə müraciət edib.

Nəşr hesab edir ki, Almaniya tərəfinin enerjili dəstəyi olmadan Aİ-nin gündəmində olan bəzi məsələlər daha da qəlizləşə bilər. Çünki Almaniya Federativ Respublikasının (AFR) siyasi partiyalarının diqqəti ümumAvropa gündəmindən daxil siyasətə fokuslana bilər.

Bu arada, məlum olub ki, ölkədə Almaniyada kansleri Olaf Şoltsun Rusiyaya qarşı siyasətindən narazılıq artır. Bu dəfə onun öz Sosial-Demokrat Partiyası məyusluğunu ifadə edib.

Olaf Şolts etiraf edib ki, hakim koalisiyanın ölkədə nüfuzunun düşməsi Ukraynanı dəstəkləməyə görədir. Lakin siyasətçi qeyd edib ki, bunu etməmək üçün alternativ variant mövcud deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti