Bakı. Trend:
İtaliyalı üzgüçü Tomas Çekon Parisdəki Olimpiya kəndindəki şəraitdən şikayətlənib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər yazır.
KİV yazır ki, itakiyalı üzgüçü kondisionerin olmamasını tənqid edib.
"Kənddə kondisioner yoxdur, hava istidir, yeməklər pisdir. Bu səbəbdən bir çox idmançılar çıxıb gedir. Bəzən yağış yağır, bəzən isti, bəzən soyuq olur, pis yatırıq və pis qidalanırıq. Bunların hamısı yorğunluğa səbəb olur",- KİV üzgüçünün sözlərinə istinad edərək qeyd edib.
Qeyd edək ki, bundan əvvəl də Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən idmançılar narazılıqlar ediblər.
Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-da başlayıb, yarışlar avqustun 11-dək davam edəcək.