...

Türkiyə hakimiyyəti "Instagram"a giriş qadağasını qüvvədə saxlayıb

Dünya xəbərləri Materials 5 Avqust 2024 23:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə hakimiyyəti öz ərazilərində "Instagram" bloklanmasını qüvvədə saxlamaqda davam etmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Bildirilib ki, buna səbəb bu sosial şəbəkənin nümayəndələri ilə aparılan danışıqlarda mübahisəli məsələlərin həllinə hələlik nail olunmamasıdır. Nazirin sözlərinə görə, sosial şəbəkə sahibləri “Türkiyə vətəndaşlarının hisslərinə hörmət etmirlər”.

“Tələblərimizi yerinə yetirdikdə qadağanı aradan qaldıracağıq”, - deyə Uraloğlu qeyd edib.

Meta da öz növbəsində sosial şəbəkənin Türkiyədə fəaliyyətini bərpa etmək üçün əllərindən gələni edəcəklərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti