Bakı. Trend:
Prokuror Ramiro Qonzales məişət zorakılığında şübhəli bilinən Argentinanın keçmiş prezidenti Alberto Fernandesə qarşı cinayət işi açıb.
Trend-in məlumatına görə, bu barədə "La Nación" qəzeti xəbər verib.
Məlumata əsasən, A.Fernandesə keçmiş sevgilisi Fabiola Yanyesə "ağırlaşdırıcı hallarla sağlamlığa ağır zərər vurmaqda" ittiham olunur. Prokuror bir sıra keçmiş məmurların və prezidentin keçmiş müalicə həkiminin ifadə verməsini istəyib.
Ötən həftə F.Yanyes ifadəsində A.Fernandesi fiziki və psixoloji zorakılıqda ittiham edib.