...

ABŞ Almaniyaya 5 milyard dollar dəyərində “Patriot” raketləri satacaq

Dünya xəbərləri Materials 16 Avqust 2024 02:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Almaniyaya 5 milyard dollar dəyərində “Patriot” raketlərinin satışını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat verib.

Qurumun bildirdiyinə görə, Almaniya hökuməti Vaşinqtondan bu tipli 600-ə qədər raket, habelə müvafiq avadanlıq, təlim proqramları və ehtiyat hissələrinin alışını təmin etmək üçün müraciət edib. Satışın həyata keçirilməsi Almaniya və ABŞ arasında müdafiə əməkdaşlığını gücləndirəcək və Almaniyanın hava müdafiə qabiliyyətlərini artıracaq. Bu satışın regional təhlükəsizliyə müsbət təsir göstərməsi gözlənilir, çünki “Patriot” raket sistemləri hava hücumlarına qarşı müdafiə potensialını artırır.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti