Bakı. Trend:
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp səsvermənin nəticələrinə görə "X" sosial şəbəkəsinin istifadəçi dəstəyinə görə demokrat rəqibi Kamala Harrisi üstələyib.
Trend-in məlumatəna görə, səsvərmə "X" sosial şəbəkəsinin sahibi İlon Mask tərəfindən keçirilib.
Məlumata əsasən, İ.Maskın "X" səhifəsində dərc olunan sorğuda 5,8 milyondan çox insan iştirak edib. D.Tramp səsvermənin ilk dəqiqələrində K.Harrisi böyük üstünlüklə keçib və nəticədə 73,2 faiz (Kamala Harrisdə 26,8 faiz) nəticə ilə qalib gəldi.
Qeyd edək ki, ölkədə prezident seçkiləri noyabrın 5-də keçiriləcək.