Bakı. Trend:
Sudanda iyun ayında başlayan yağışlı mövsümün səbəb olduğu leysan yağışlar və daşqınlar 114 nəfərin həyatına son qoyub, ölkənin Səhiyyə Nazirliyi bildirib.
Trend-in məlumatına görə, ölənlərin sayı 114-ə çatıb, 281 nəfər yaralanıb. Ölkənin on ştatında təbii fəlakətlərdən ümumilikdə 27 278 ailə və 110 278 nəfər zərər çəkib. Avqustun 10-da nazirlik iyun və iyul aylarında doqquz ştatda daşqınlar və yağışlar nəticəsində 53 nəfərin öldüyünü və 208 nəfərin xəsarət aldığını bildirib.