Bakı. Trend:
Kreml ABŞ prezidentliyinə namizədlər Donald Trampla Kamala Harrisin debatını izləməyəcək.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
“Baxmağı planlaşdırmırıq və nə isə gözləmək bizim deyil, amerikalı seçicilərin işidir”, - deyə Peskov qeyd edib.
Xatırladaq ki, Trampla Harris arasında debat Filadelfiyada bu gün yerli saatla 21:00-da (Bakı vaxtı ilə sentyabrın 11-i saat 05:00-da) başlamalıdır. Debatı “ABC News” telekanalı yayımlayacaq.
Onu da qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.