Bakı. Trend:
Latviya Ukraynaya 40 milyon avro dəyərində yeni hərbi yardım paketi elan edib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, paketə 9 CVR(T) zirehli döyüş maşını, pilotsuz uçuş aparatları, əsgərlər və istehkamçılar üçün fərdi avadanlıqlar daxil olacaq.