...

İsrail və HƏMAS, Bayden administrasiyasının dönəmi başa çatmadan razılaşma əldə edə bilməyəcək

Dünya xəbərləri Materials 20 Sentyabr 2024 05:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail və HƏMAS-ın ABŞ prezidenti Co Baydenin səlahiyyət müddəti başa çatana qədər Qəzza zolağında atəşkəs ilə bağlı razılığa gəlməsi qeyri-mümkün görünür.

Trend xəbər verir ki, bu barədə yüksək rütbəli ABŞ rəsmilərinə istinadən "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına görə, tərəflərin ABŞ-da prezident seçkiləri başa çatana qədər gözləmə mövqeyini saxladıqları bildirilir. Danışıqlar iştirakçıları HƏMAS-ın girovlarını İsrail həbsxanalarında saxlanılan fələstinlilərlə hansı nisbətdə dəyişdirməsi ilə bağlı razılaşma əldə edə bilmirlər.

Bundan əlavə, Livandakı son hadisələr və İsrailin genişmiqyaslı aviazərbələri Yaxın Şərqdə müharibə riskini artırmış və HƏMAS ilə diplomatik əlaqələri çətinləşdirmişdir.

Xəbər lenti

Xəbər lenti