Bakı. Trend:
Tbilisidə etiraz aksiyasının iştirakçıları Gürcüstan parlamentinin binasında yanğın törədiblər.
Trend-in məlumatına görə, nümayişçilər bir neçə saat ərzində parlament binasına tərəf fişənglər atıb. Nəticədə fişənglərdən biri pəncərəyə uçub, bundan sonra orada yanğın başlayıb.
Yanğınsöndürənlərin parlamentin həyətində olması və yanğının mənbəyinin aradan qaldırılması üçün tədbirlər görməsi ilə bağlı hələlik məlum yoxdur.