Bakı. Trend:
Qəzza zolağı ilə Misir sərhədindəki "Rəfah" keçid məntəqəsi dekabrda açıla bilər.
Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən bildirib.
Məlumata əsasən, Misir rəsmiləri sazişin şərtlərini müzakirə etmək üçün bu həftə İsrailə səfər ediblər. Əgər Misir və İsrail razılığa gəlsə, keçid məntəqəsi dekabrın əvvəlində fəaliyyətini bərpa edə bilər. Bildirilib ki, bu, Qəzzaya humanitar yardımın tədarükünü artıracaq və daha geniş atəşkəs razılaşması istiqamətində işi irəli aparacaq.
Qeyd edilib ki, bu təşəbbüs tərəflər tərəfindən Qəzza zolağında ən azı 60 gün müddətinə atəşkəs elan edilməsi təklifinin bir hissəsi kimi nəzərdən keçirilir.