Bakı. Trend:
Yaponiyanın baş naziri Şiqeru İşibanın avtomobili Tottori şəhərində təhlükəsizlik kortejindəki polis maşınına çırpılıb.
Trend xəbər verir ki, insident zamanı baş nazir xəsarət almayıb. Hadisə, kortejin hava limanına hərəkəti zamanı, baş nazirin avtomobili işıqforun qırmızı işığında dayanarkən baş verib.
Qəza İşibanın Tottoridə keçirilən görüşlərindən sonra baş verib. O, burada hakim Liberal Demokrat Partiyasının fəalları və yerli sakinlərlə bir araya gəlib.
Qeyd edək ki, Şiqeru İşiba Tokioda anadan olsa da, uşaqlıq və gənclik illərini Tottoridə keçirib və bölgə ilə sıx əlaqələrini davam etdirir.