Bakı. Trend:
Los-Ancelesdə meşə yanğınlarının əhatə etdiyi ümumi sahə Fransa paytaxtı Parisin ərazisini üstələyib.
Trend xəbər verir ki, bu barədə Kaliforniya ştatının meşə təsərrüfatı və yanğın təhlükəsizliyi departamentinin məlumatında deyilir.
Məlumata görə, yanğınla əlaqədar fəlakət zonasının təxminən 163 kvadrat kilometr ərazini əhatə etdiyi bildirilir.
Qeyd edək ki, Fransanın milli statistika və iqtisadi araşdırmalar institutunun məlumatına görə, Parisin ərazisi 105.4 kvadrat kilometrə bərabərdir.
Xatırladaq ki, yanğın bölgədə həm də ciddi enerji böhranı yaradıb. 46.8 mindən çox istehlakçının işıqsız qaldığı deyilir.