...

Şolts fələstinlilərin Qəzzadan köçürülməsi ideyasını qəbuledilməz adlandırıb

Dünya xəbərləri Materials 29 Yanvar 2025 02:57 (UTC +04:00)
Şolts fələstinlilərin Qəzzadan köçürülməsi ideyasını qəbuledilməz adlandırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Donald Trampın Qəzza sakinlərinin ərəb ölkələrinə köçürülməsi təklifinə sərt reaksiya verib.

Trend-in məlumatına görə, bu barədə Olaf Şotls Berlində Almaniya Sosial Demokrat Partiyasının seçkiqabağı tədbirində deyib.

"Son ictimai bəyanatları nəzərə alaraq, mən tamamilə açıq şəkildə bildirirəm ki, hər hansı köçkün planları, qəzzalıların Misirə və ya İordaniyaya qovulacağı fikri qəbuledilməzdir", - deyə o bildirib.

Kansler bir daha İsrail və fələstinlilər arasında münaqişənin iki dövlət əsasında həllinə çağırıb. "Məncə, bu, konkret olaraq bu anlamına gəlir: Fələstin Milli Administrasiyasının Qəzza zolağına görə məsuliyyəti öz üzərinə götürəcəyi aydın olmalıdır", - deyə O.Şolts vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti