...

Los-Ancelesdəki meşə yanğınları sığortaçılara təxminən 40 milyard dollar ziyan vurub

Dünya xəbərləri Materials 13 Fevral 2025 12:12 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Los-Ancelesdəki meşə yanğınlarından zərərçəkmiş şəxslərə təzminatın ödənişi qlobal səviyyədə sığorta sektorına təxminən 40 milyardan dollardan çox başa gələcək. Ümumilikdə iqtisadiyyata dəyəcək ziyan isə 250 milyard dollardan çox olacaq.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, dəymiş maddi zərərin ödənilməsi Kaliforniya ştatının sığorta sektorunu əhatə edən böhran fonunda həyata keçirilir.

Sığortaçılar ştatı tərk etməkdə davam edirlər, bunun əsas səbəbləri isə istehlakçı hüquqlarının müdafiəsi qaydalarının sərtləşdirilməsi və bölgədə təbii fəlakət hallarının artmasıdır .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti