...

İrəvanda ictimai nəqliyyatda qiymət artımına qarşı boykot aksiyası davam edir

Dünya xəbərləri Materials 13 Fevral 2025 14:14 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İrəvanda yerli sakinlər artıq 13-cü gündür ki, gediş haqqının qaldırılmasına etiraz olaraq ictimai nəqliyyatı boykot edir.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, etiraz kampaniyasına rəğmən, bəzi sakinlər gediş haqqını yeni təyin olunmuş məbləğdə ödəməklə ictimai nəqliyyatdan istifadə edir.

Qeyd edək ki, fevralın 1-dən etibarən Ermənistanın paytaxtında ictimai nəqliyyatda gediş haqqı 100 dramdan 150 drama qaldırılıb. Buna etiraz edən Ermənistan müxalif qüvvələri vətəndaşları boykot aksiyasına – avtobuslardan istifadə edən zaman ödəniş haqqını köhnə qiymətlərlə ödəməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti