...

Qara dənizdə "Natiq Əliyev" tankeri yük gəmisi ilə toqquşub (VİDEO)

Dünya xəbərləri Materials 21 Fevral 2025 15:28 (UTC +04:00)
Qara dənizdə "Natiq Əliyev" tankeri yük gəmisi ilə toqquşub (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Novorossiysk dəniz limanında iki gəmi toqquşub, onlardan biri yüngül zədələnib.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayılıb.

Məlumata əsasən, Qara dənizdə tanker yük gəmisinə çırpılıb. Toqquşmadan sonra gəmilər bir neçə saat bir-birinə kilidlənmiş vəziyyətdə qalıb. Qəzanın əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi bildirilir. Belə ki, güclü dalğaların təsiri ilə gəmilərdən biri lövbərdən çıxaraq digərinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Qeyd edilib ki, Novorossiysk limanında toqquşan gəmilər “NATIG ALIYEV” tankeri və “BEGONIA S” quru yük gəmisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti