...

Olaf Şolts yeni hökumət qurulana qədər kansler vəzifəsində qalacaq

Dünya xəbərləri Materials 24 Fevral 2025 01:57 (UTC +04:00)

Bakı. Trend:

Almaniya kansleri Olaf Şots növbədənkənar parlament seçkilərindən sonra yeni hakim koalisiya qurulana qədər hökumətə rəhbərlik etməyə davam edəcəyini bildirib.

Trend-in məlumatına görə, O.Şolts Almaniya Sosial Demokrat Partiyasına məğlub olduğunu etiraf etdi. Almaniya qanunları belə hallarda kansleri istefaya məcbur etmir.

"Almaniyanın doqquzuncu kansleri olmaq böyük şərəfdir. Bu vəzifədə sona qədər işləyəcəm. İndi digər [siyasətçilər] hökumət qurmaq üçün bir yol tapmalıdırlar. Bu şərəfə son seçkilərdə mənə və bizə mandat verən vətəndaşlara, eləcə də Sosial Demokrat Partiyasına borcluyam", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti