Bakı. Trend:
Almaniya kansleri Olaf Şolts bildirib ki, Xristian Demokrat və Xristian Sosial İttifaqları (XDİ/XSİ) blokundan namizəd olan Fridrix Mers Sosial Demokrat Partiyasını dəvət edərsə, XDİ/XSİ bloku ilə mümkün koalisiya danışıqlarında iştirak etməyəcək.
Trend-in məlumatınagörə, bu barədə Olaf Şolts "ARD" və "ZDF" televiziya kanallarının proqramında deyib.
"Mən XDİ-nin rəhbərlik etdiyi Almaniya hökumətində SDP nümayəndəsi olmayacam və danışıqlar aparmayacam", - deyə o bildirib.
Eyni zamanda, Olaf Şolts bildirib ki, SDP yeni Almaniya hökumətinin formalaşdırılmasında konstruktiv olacaq.