Bakı. Trend
Amerikalı “Oskar” mükafatı laureatı Cin Hekmən, onun həyat yoldaşı Betsi Arakava və saxladıqları it Santa-Fe şəhərindəki evlərində ölmüş vəziyyətdə aşkarlanıblar.
Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Santa-Fe rayonunun şerifi Adan Mendoza məlumatı təsdiqləsə də, istintaq sirri olaraq hadisənin səbəbləri barədə açıqlama verməyib. Bununla belə, o hadisənin ölüm səbəbinin qətl olmadığına eyham vurub.
95 yaşlı Hekmən 1971-ci ilin “Fransız əlaqələri” filmində canlandırdığı Cimmi Doyl obrazına görə "Oskar" mükafatına layiq görülmüşdü. İkinci “Oskar” heykəlciyini isə Klint İstvudun “Bağışlanmamış”(1992) vestern filmində canlandırdığı Kiçik Bil Daqet roluna görə almışdı.
Aktyorla yanaşı meyiti aşkarlanan həyat yoldaşı - əslən Havay adalarından olan pianoçu Betsi Arakavanın 63 yaşı var idi.