Bakı. Trend:
2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına mebel ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 3 faiz azalaraq, 1 milyon 216 min 724 dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin fevral ayında Türkiyə 607 min 620 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 6,8 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 7 milyon dollar məbləğində mebel ixrac edib.