...

Gürcüstanda narkotiklə bağlı qanunlar sərtləşdirilir

Dünya xəbərləri Materials 19 Mart 2025 16:25 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan parlamentində keçirilən plenar iclasda qanunvericilikdə narkotik vasitələrə qarşı mübarizənin sərtləşdirilməsinə yönəlmiş dəyişikliklər paketi ilk oxunuşdan qəbul olunub.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, iclas qanunverici orqanın rəsmi saytından canlı olaraq yayımlanıb.

“83 nəfər leyihə, əleyhinə səs verən olmayıb. Paket ilk oxunuşdan qəbul olundu”, - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səsvermənin nəticələrini elan edərkən bildirib.

Təşəbbüsə əsasən, düzəlişlər Gürcüstanın Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Mütəşəkkil cinayətkarlıq və reket”lə bağlı qanuna ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti