Bakı. Trend:
İsveçrə rəhbərliyi Ukrayna münaqişəsi zamanı atəşkəs əldə olunacağına ümid edir.
Trend-in məlumatına göə, bu barədə Federal Xarici İşlər Departamentinin rəisi İnyasio Kassis “Aarqauer Zeitung” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukraynada hadisələrin inkişafı üçün ən çox ehtimal olunan ssenari “atəşkəs rejiminin yaradılmasına yönəlmiş proses” olacaq. Münaqişə tərəflərinin enerji infrastrukturu obyektlərinə hücumlardan qarşılıqlı şəkildə çəkinməsi təklifini şərh edən Kassis qeyd edib ki, İsveçrə hökuməti “atəşkəs və sülhə nail olmaq üçün bütün səylərin düzgün olduğuna əmindir”.