Bakı. Trend:
Konqo Demokratik Respublikasında rekord sayda - 28 milyon insan kəskin aclıqla üzləşib. Buna səbəb hökumətlə üsyançılar arasında qarşıdurmanın artmasıdır.
Trend-in məlumatına görə, BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə bəyanatında deyilir ki, Konqoda uzun müddət davam edən humanitar böhran münaqişə ilə daha da dərinləşib: 2024-cü ilin dekabrında baş verən son zorakılıq hadisəsindən bəri aclıq edən insanların sayı 2 milyon 500 min nəfər artıb.
Kəskin aclıqla üzləşən insanlar İnteqrasiya edilmiş Ərzaq Təhlükəsizliyi Faza Təsnifatında (IPC) 3-cü və ya daha yuxarı mərhələ olaraq təsnif edilir. Konqodakı 28 milyondan 3 milyon 900 mini 4-cü mərhələdədir. Bu, o deməkdir ki, onlar həddindən artıq aclıqla üzləşiblər.