...

"Crew Dragon" kosmik gəmisi Yerin qütbləri üzərində orbital uçuşa başlayıb (VİDEO)

Dünya xəbərləri Materials 1 Aprel 2025 06:55 (UTC +04:00)
"Crew Dragon" kosmik gəmisi Yerin qütbləri üzərində orbital uçuşa başlayıb (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Trend xəbər verir ki, "SpaceX" şirkəti bu gün "Crew Dragon" kosmik gəmisinin Yerin Şimal və Cənub qütbləri üzərində orbital uçuşa çıxdığını açıqlayıb.

Missiya "Fram2" adlanır və kriptovalyuta investoru Çun Van tərəfindən maliyyələşdirilib. Adını 19-cu və 20-ci əsrin əvvəllərində fəaliyyət göstərən Norveç qütb ekspedisiya gəmisindən alıb.

Kosmik uçuş Bakı vaxtı ilə 06:46-da Floridadan "Falcon 9" raketi vasitəsilə həyata keçirilib.

Missiya üç-beş gün davam edəcək və çərçivəsində astronavtlar Yerin şimal və cənub qütbləri üzərində uçaraq müşahidələr aparacaq.

XXX

02:25

İlon Maskın “SpaceX” şirkəti tarixdə ilk dəfə qütblər üzərində insanlı kosmik uçuş missiyasını həyata keçirəcək.

Trend-in məlumatına görə, “Fram2” adlanan missiya kriptovalyuta investoru Çun Van tərəfindən maliyyələşdirilib. Missiya adını 19-cu və 20-ci əsrin əvvəllərində fəaliyyət göstərən Norveç qütb ekspedisiya gəmisindən alıb.

Kosmik uçuş bu gün yerli vaxtla saat 21:46-da (Bakı vaxtı ilə 06:46) Floridadan “Falcon 9” raketi vasitəsilə həyata keçiriləcək. Ekipaj dörd astronavtdan ibarətdir.

Üç-beş gün davam edəcək missiya çərçivəsində astronavtlar Yerin şimal və cənub qütbləri üzərində uçaraq müşahidələr aparacaq və kosmik uçuşların insan sağlamlığına təsiri ilə bağlı tədqiqatlar həyata keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti