...

Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb

İqtisadiyyat Materials 1 Aprel 2025 14:52 (UTC +04:00)
Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.

Trend Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə 11,6 milyon manat sığorta haqları, 4,7 milyon manat sığorta ödənişləri həyata keçirilib.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqları üzrə 2,4 milyon manat və ya 26,4%, sığorta ödənişləri üzrə isə 1,4 milyon manat və ya 41% artım deməkdir.

2024-cü ilin yanvar-fevral aylarında ölkədə sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 9,2 milyon manat sığorta haqqı, 3,3 milyon manat isə sığorta ödənişi icra olunmuşdu.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95-ci maddəsinə əsasən sığorta sektorunda dövlət tənzimlənməsini və nəzarəti həyata keçirir.

Hazırda Azərbaycanda 16 sığorta şirkəti fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti