Bakı. Trend:
Sudanın Darfur bölgəsində Çevik Dəstək Qüvvələri (RSF) 400-dən çox insanı qətlə yetirib.
Trend xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı etibarlı mənbələrə istinadən məlumat yayıb.
Ötən həftə RSF qarşıdurmada olduğu Sudan ordusunun nəzarətində olan Darfuru tam nəzarətə götürmək üçün ƏL-Fəşir şəhərində havadan və qurudan iri miqyaslı hücum əməliyyatlarına başlayıb; əməliyyatlar ərazidə olan qaçqın düşərgələrindən də yan keçməyib.
BMT 148 nəfərin həlak olduğunu faktiki olaraq təsdiqlədiyini bildirsə də, itkilərin bundan daha çox olduğundan əmindir.
Sudandakı vətəndaş müharibəsinin dayandırılması yollarını müzakirə etmək üçün yaxın zamanda Londonda yüksək səviyyəli toplantının keçiriləcəyi bildirilir.