Bakı. Trend:
Avropa Mərkəzi Bankının rəyasət heyəti 3 əsas faiz dərəcəsini azaldıb.
Trend xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin saytında məlumat dərc olunub.
Məlumata görə, aprelin 17-də qəbul olunmuş qərara əsasən, əsas uçot dərəcəsi 25 bazis bəndi endirilərək, illik 2,4 faizə çatdırılıb. Depozitlər üzrə faiz dərəcəsi – 2,25%, qısamüddətli kreditlər üzrə faiz dərəcəsi isə 2,75% olaraq müəyyənləşdirilib.
Qeydedilir ki, bu qərar inflyasiya ilə bağlı yenilənmiş proqnoza , əsas inflyasiyanın dinamikasına və pul-kredit siyasətinin effektivliyinə əsaslanır. Ötən iclasda da Avropa Mərkəzi Bankı (martın 6-da) əsas uçot dərəcəsini 25 bazis bəndi azaltmışdı.