...

Türkiyənin bu şəhərində 25 maşın toqquşdu: çoxlu sayda yaralı var

Dünya xəbərləri Materials 21 Aprel 2025 11:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Trabzon şəhərinin Ortahisar rayonunda çox sayda avtomobilin iştirakı ilə zəncirvari avtoqəza baş verib.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, insident Çömlekçi adlı ərazidə yerləşən körpünün altında baş verib.

Məlumata görə, 25 avtomobilin toqquşması nəticəsində azı 12 nəfərin yaralanıb. Yaralılar təcili tibbi yardım maşınları ilə (KTÜ) Tibb Fakültəsinin Fərabi Xəstəxanasına və Fatih Dövlət Xəstəxanasına çatdırılıb. Onlardan hər hansının həyatının təhlükədə olmadığı bildirilir.

Yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti