Bakı. Trend:
Türkiyə 2025-cü ilin aprel ayında Azərbaycana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz artaraq, 12 milyon 266 min 23 dollara çatdırıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Azərbaycana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 44 milyon 44 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq, 2 milyon 509 min 953 dollara bərabər olub.
“Bu ilin aprel ayında Türkiyə 622 min 143 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 6,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 7 milyon 890 min 410 dollar məbləğində mebel ixrac edib.