Bakı.Trend:
ABŞ müdafiə naziri Pit Heqset ABŞ ordusunda yüksək rütbəli zabit heyətinin ixtisarı ilə bağlı əmr verib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Pentaqonun bu qərarı Konqreslə ixtilafa yol aça bilər. Bu kimi radikal dəyişikliklər mütləq Konqres tərəfindən təsdiq olunmalıdır. Heqset hazırda xidmətdə olan “dörd ulduzluların” 20 faiz, Milli Qvardiyaya bağlı bütün generalların 20 faiz və ümumilikdə orduda general və admiralların sayının azı 10 faiz ixtisarına göstəriş verib.
Pentaqon rəhbərinin sözlərinə görə, təklif olunan dəyişikliklər, ordu qərargahlarının vahid komitəsi daxilində keçiriləm müşavirələr zaman hərtərəfli düşünülmüş bir prosesin nəticəsidir və hərbçilərin potensial münaqişələrə hazırlıq və faydalılıq səviyyəsini maksimum dərəcədə qaldırmaq məqsədi daşıyır.