Bakı. Trend:
Avropa Komissiyasının (AK) nümayəndələri Avropa İttifaqının 2025-ci il üzrə iqtisadi artım proqnozunu 1,1 faizə qədər azaldıb.
Trend bu barədə Avropa Komissiyasının bahar hesabatına istinadən məlumat yayıb.
Bundan öncəki qiymətləndirmə 2024-cü ilin payızında dərc olunmuşdu. Həmin hesabatda Avropa İttifaqında iqtisadi artımın 1,5 faiz təşkil edəcəyi proqnozlaşdırılırdı.
Yeni qiymətləndirməyə əsasən, gələn il də dinamika gözlənildiyindən aşağı -1,5 faiz əvəzinə 1,8 faiz olacaq.
Analitiklər, eyni zamanda, Avrozonanın iqtisadi artım proqnozunu aşağı salıb. Yenilənmiş proqnoza əsasən, vahid valyuta zonasında iqtisadi artım 0,9 faiz təşkil edəcək. Hərçənd payız qiymətləndirməsində bu göstəricinin 1,3 faiz civarında olacağı güman edilirdi.