...

FTB Ağ Evin kokain tapıntıları ilə bağlı təhqiqatı yenidən açacaq

Dünya xəbərləri Materials 27 May 2025 01:33 (UTC +04:00)
FTB Ağ Evin kokain tapıntıları ilə bağlı təhqiqatı yenidən açacaq

Bakı. Trend:

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 2023-cü ilin iyulunda Ağ Evdə kokain aşkarlanması ilə bağlı araşdırmanı bərpa edəcək.

Trend-in məlumatına görə, bu barədə FTB-nin direktor müavini Den Boncino "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Keş Patelin başçılıq etdiyi FTB-nin yeni rəhbərliyi “korrupsiya ilə bağlı potensial” işlərin siyahısı üzrə “istintaqın yenidən açılması və ya əlavə resursların yönəldilməsi” barədə qərar qəbul edib. D.Boncino nun sözlərinə görə, bunlara “kustar üsulla hazırlanmış partlayıcı qurğular (2021-ci il yanvarın 6-da Vaşinqtonda iğtişaşlar baş verən gün ABŞ Konqresinin yaxınlığında tapılıbi) və əvvəlki administrasiya dövründə Ağ Evdə kokain aşkarlanması işi” daxildir.

ABŞ rəsmiləri və mediasına görə, narkotik 2023-cü il iyulun 2-də Ağ Evin Qərb Qanadında işçilərin və ziyarətçilərin mobil telefonlarını saxladıqları gəzinti otağındakı şkafda aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti