Bakı. Trend:
Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun yaxınlığındakı “Blazuj” miqrant qəbulu mərkəzində atışma baş verib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, atışma nəticəsində bir neçə nəfər saxlanılıb.
Təhlükəsizlik qüvvələri atışma nəticəsində 6 nəfərin yaralandığını və onların xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Yaralılardan i Pakistan, digər 5-i isə Əfqanıstan vətəndaşıdır.
Atışmanın miqrant düşərgəsindəki cinayətkar dəstələr arasında baş verdiyi bildirilir.