...

Los-Anceles iğtişaşlarında xarici müxbir güllələnib

Dünya xəbərləri Materials 9 İyun 2025 12:27 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatında Los-Ancelesdəki etirazları işıqlandıran Avstraliyanın “9News” telekanalının xüsusi müxbiri reportaj zamanı iğtişaş polisi tərəfindən ayağından güllələnib.

Trend xəbər verir ki, hadisənin görüntüsünü telekanal yayımlayıb.

"Los-Ancelesdə keçirilən etiraz aksiyalarından reportaj hazırlığı zamanı "9News"un reportyoru Loren Tomasi rezin güllə ilə açılan atəş nəticəsində xəsarət alıb. Hazırda jurnalist və onunla birlikdə çalışan operator təhlükəsiz şəraitdədir, onlar hadisələrin işıqlandırılmasını davam etdirəcəklər".

Telekanal qeyd edib ki, bu hadisə, jurnalistlərin etirazların ön cəbhəsindən məlumat verərkən üzləşə biləcəyi təhlükələrin sərt bir xatırlatmasıdır.

Los-Ancelesdə artıq üçüncü gündür ki, etirazlar və kütləvi iğtişaşlar səngimək bilmir. Aksiya iştirakçıları qanunsuz miqrantların kütləvi şəkildə saxlanılmasına qarşı etiraz edir. Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller bu nümayişləri və baş verən iğtişaşları üsyan adlandıraraq, Los-Anceles polisinin mövqeyini tənqid edib.

Belə ki, şəhərin polis rəisi miqrantların kütləvi deportasiyasında iştirakdan imtina edib. Ağ Ev rəhbəri Donald Tramp bunun əvəzində iğtişaşların yatırılması üçün üçün şəhərə 2 min milli qvardiya əsgərinin göndərilməsi barədə göstəriş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti