Bakı. Trend:
ABŞ-nin Los-Anceles şəhərində qanunsuz miqrantların kütləvi deportasiyasına etirazlar zamanı yaşanan iğtişaşlarda azı 56 nəfər saxlanılıb.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə şəhərin hüquq-mühafizə orqanları bəyanat yayıb.
Məlumata görə, bazar günü azı 27 nəfər saxlanılıb. Los-Anceles polis idarəsinin əməkdaşları 10 nəfəri, Kaliforniya yol patrulu isə yolu bağlamağa çalışan 17 nəfəri saxlayıb.
Qeyd olunur ki, bir etirazçının saxlanılması zamanı həmin şəxs polis əməkdaşının üzərinə alışqan material atıb, başqa bir iğtişaş iştirakçısı isə motosikletini polis dəstəsinin üzərinə sürüb. Üç nəfərin yüngül bədən xəsarətləri aldığı deyilir.