Bakı.Trend:
Kaliforniya hökuməti Los-Anceles şəhərində iğtişaşların dağıdılması üçün milli qvardiya qüvvələrini səfərbər etmək qərarına görə ABŞ prezidenti Donald Trampın administrasiyasını məhkəməyə verib.
Trend xəbər verir ki, bu haqda "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
“Prezident Tramp qanuni icra hakimiyyətinin çərçivəsindən çıxmaq üçün dəfələrlə fövqəladə səlahiyyətlərə əl atıb”, - deyə San-Fransisko federal məhkəməsinə təqdim olunan iddia ərizəsində bildirilir.
Ərizədə məhkəmənin Trampın milli qvardiyanın səfərbər olunması ilə bağlı fərmanının ləğv olunması ilə bağlı qərar qəbul etməsi istənilir.
"Şənbə günü, iyunun 7-də o, yerli hakimiyyətin nəzarətində olan etiraz aksiyasından istifadə edərək, daha bir görünməmiş hakimiyyət zəbtinə əl atdı – bu dəfə Kaliforniya ştatının suverenliyi bahasına və ştatın Milli Qvardiyasının ali baş komandanı kimi qubernatorun səlahiyyətlərinə zidd olaraq", – deyə şikayətdə bildirilir.