...

Tramp Rusiyaya doğru göndərdiyi 2 atom sualtı qayığının təyin olunmuş əraziyə çatdığını təsdiqləyib

Dünya xəbərləri Materials 4 Avqust 2025 11:12 (UTC +04:00)
Tramp Rusiyaya doğru göndərdiyi 2 atom sualtı qayığının təyin olunmuş əraziyə çatdığını təsdiqləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ prezidenti Donald Tramp onun əvvəl verdiyi göstərişə uyğun olaraq, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki atom sualtı qayığının Rusiyaya yaxın müəyyən bir əraziyə dislokasiya olunduğunu təsdiqləyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Mən artıq bəyanat vermişəm və cavab belədir: bəli, onlar həmin regionda, olmalı olduqları yerdədirlər”, – deyə Tramp Vaşinqtonda jurnalistlərin sualına cavab olaraq bildirib.

ABŞ prezidenti şənbə günü bəyan etmişdi ki, ABŞ-yə məxsus iki atom sualtı qayığı Rusiyaya doğru hərəkət edir.

“Onlar Rusiyaya daha yaxındır. Bəli, onlar Rusiyaya daha yaxındır”,- deyə Tramp "Newsmax"a müsahibəsində sualtı qayıqların Rusiya bölgələrinə yaxınlaşıb-yaxınlaşmadığı sualını cavablandırarkən deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti