...

Portuqaliyada 500 hektardan çox meşə massivi yanıb kül oldu

Dünya xəbərləri Materials 4 Avqust 2025 17:26 (UTC +04:00)
Portuqaliyada 500 hektardan çox meşə massivi yanıb kül oldu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliyanın Qalisiya bölgəsində meşə yanğınları səngimək bilmir. Həftə sonundan etibarən azı 500 hektar meşə sahəsini kül etmiş çoxsaylı yanğın ocaqları ilə mübarizəyə çox sayda yanğınsöndürən və yerli sakinlər cəlb olunub. Yanğınsöndürmə təyyarəsi və helikopterləri havaya qaldırılıb.

Bu barədə Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, yanğın əvvəl Balares rayonunda başlayıb daha sonar Brantuas, A Qrana, Kores və Nemeno rayonlarının ərazilərinə yayılıb.

Kospindo və Koresdəki beş meşə yanğınından ikisini bazar günü lokallaşdırmaq mümkün olsa da, qalanları hələ də aktiv qalmaqdadır.

Alovun evlərə və çimərliklərə yaxınlaşması ilə əlaqədar Balares və Osmo rayonlarında insanlar təxli olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti